"Artıq avrokuboklarda asan oyunlar olmur. Ən əsası odur ki, növbəti mərhələyə yüksəldik və hədəfimizə çatdıq. İndi növbəti matça hazırlaşmağa vaxtımız var".
Qol.az xəbər verir ki, bu sözləri Polşanın "Legiya" klubunun futbolçusu Pavel Vşolek Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Drita"ya (Kosovo) 2:0 hesabı ilə qalib gəldikləri oyunundan sonra deyib.
Polşalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında pley-offda "Qarabağ"la keçiriləcək görüş haqda da danışıb: “Bir həftədən sonra “Qarabağ”a qarşı mövsümün ən vacib oyununa çıxacağıq. Qrupa düşüb-düşməyəcəyimizi həmin matçın nəticəsi müəyyənləşdirəcək. Həmişə müsbət düşünməyə çalışıram və inanıram ki, ən yaxşısı hələ gələcəkdir”.
Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib gələn komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video