UEFA Mahiri cəzalandırdı

UEFA Mahiri cəzalandırdı
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2020 / 14:56 6996
-  A +

UEFA Millətlər Liqasının 1-ci turunda Lüksemburqla ev matçında Azərbaycan yığmasının birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış  futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib.

Qol.az xəbər verir ki, 23 yaşlı hücumçu kobud oyununa görə 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən, 2-ci turda Kiprlə səfər matçını buraxmış oyunçu 3-cü turda Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0. (Report)

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki