Birinci divizionun komanda sayı və başlanma tarixi açıqlandı

Birinci divizionun komanda sayı və başlanma tarixi açıqlandı
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2020 / 11:41 3270
-  A +

Azərbaycan birinci divizionunda 2020/2021 mövsümünün start tarixi müəyyənləşib.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, yarış 1 oktyabrda başlayacaq. Turnirdə 10 komanda iştirak edəcək. Komandalar aşağıdakılardır:


“Turan Tovuz”

“Zaqatala”

“Sabah-2”

“Neftçi-2”

“Kəpəz”

“Keşlə-2”

“Sumqayıt-2”

“Qarabağ-2”

 MOİK

“Qaradağ Lökbatan”

"Qəbələ", "Zirə" və "Səbail" əvəzedicilərinin birinci divizionda iştirakından imtina edib. "Zirə" və "Səbail"dən fərqli olaraq "Qəbələ" ardıcıl ikinci mövsüm aşağıda dəstəyə qatılmayacaq.  

Yarışın püşkatma mərasimi sentyabrın 24-ü, saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı