"Avroliqaya vəsiqə uğruna mübarizə apara bilərik" - Visente Qomes

"Avroliqaya vəsiqə uğruna mübarizə apara bilərik" -  Visente Qomes
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2020 / 20:28 3002
-  A +

"Oyundan çox razı qaldım. Birinci hissədə qol üçün fürsətlər oldu, rəqibə də imkan vermədik. İkinci yarıda "Zirə" matça bir az nəzarət etsə də, oyundan razıyam".

Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomez Premyer Liqanın 3-cü turunda səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Avroliqaya vəsiqə üçün mübarizə aparacaqlarını bildirib: "Qələbə qazana bildik. İki fərli hissə izlədik, ilk yarıda yaxşı oynadıq, ikinci hissədə isə əziyyət çəkən tərəf biz idik. Daha çox işləsək, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik".

V.Qomes Təmkin Xəlilzadənin oyuna sonradan daxil olması barədə bunları söyləyib: "Oyunçuların bir həftədəki hazırlıqlarına baxaraq qərar verirəm. Ondan daha hazırlıqlı olanları var idi. Mənim üçün ehtiyat futbolçular skamyasında olanlar da önəmlidir".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord