İki gündü az qala bütün Avropa idman mediasında, sosial şəbəkələrdə “Atletiko”nun “Yuventus”a vurduğu qoldan sonra onun etdiyi və çoxlarına görə səviyyəsiz görünən hərəkəti müzakirə edilir. Dieqo Simeonenin dəliqanlı və çılğın biri olduğu kiməsə sirr deyil. Bu mənada, onun bu qeyri-etik jesti sırf aşıb-coşan emosionallığının hökmü ilə etdiyi də şübhə doğurmur.
Özü bu haqda deyir: "Bu jesti mən futbolçu olarkən "Latsio" - "Bolonya" matçından sonra da etmişdim. Yəni bunu edib, azarkeşlərimizə göstərdim ki, "Atletiko"nun yekə q..u var. Koke ilə Kostanı meydana buraxmağa qoz lazım idi. Bu, rəqibə yönəlmiş jest deyildi. Etiraf edirəm ki, bu jesti yaxşı saymaq olmaz. Ancaq hiss edirdim ki, bunu etməliyəm. Çox ağır oyun oldu. Mən hiss etdiyimi göstərməli idim. Kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Amma bunu bilərəkdən etdim".
Və bu yerdə yadıma düşür ki, “Atletiko”nun 2013-cü ildəki bir möhtəşəm oyunundan sonra Simeone mətbuat konfransında belə bir fikir söyləmişdi: “Mən futbolçularımın analarına təşəkkür edirəm ki, belə yekəq.z uşaqlar doğublar”.
Bu, əlbəttə, bütün dünyanın gördüyü Simeonedi. Görünməyən, tanımadığımız Simeone barədə isə mənə bir balaca da olsa ilk dəfə oliqarx Hafiz Məmmədov danışmışdı. Məmmədovla Simeonenin və onun baş məşqçisi olduğu “Atletiko” klubunun yaxın münasibətləri bilinən faktlardı. Madridlilər “Land of fire Azerbaijan” forması ilə oyunlara 2 il məhz onun sponsorluğu ilə çıxmış və buna görə qarşı tərəfə 20 milyon avro ödənilmişdi. “Atletiko” məhz bu əməkdaşlıq çərçivəsində 2013-cü ildə Bakıda qonaq olmuş, səfərin sonuncu günü H.Məmmədov Dieqo Simeoneni Teymur Əliyev, indiki Məmməd Araz küçəsindəki villasına dəvət etmişdi. Həmin dəvətsə aprelin 28-i, Simeonenin 43 yaşının tamam olduğu günə təsadüf etdiyindən bu əlamətdar gün, H.Məmmədovun söylədiyinə görə, argentinalı məşqçinin özünün də həvəslə istəməsi səbəbindən gecədən səhərə qədər yeyib-içmək məclisi ilə davam etmişdi. Əlbəttə, bu məclisdə Simeoneyə bahalı saat da hədiyyə edilmişdi. Sonra Hafiz bəydən soruşanda ki, Dieqo Simeonenin hansı söhbətləri yadınızda qalıb, cavab vermişdi ki, “qızları çox sevir...”
Həmin söhbətimiz zamanı H.Məmmədov bir maraqlı detalı da açıqlamışdı. Demişdi ki, “Simeonenin Azərbaycan futboluna da faydası dəyə bilərdi, amma müəyyən insanlar bunu istəmədi. O vaxt əməkdaşlığımız zamanı söz vermişdi ki, 2020-ci ilə kimi İslandiya millisi tərzində yeni Azərbaycan milli komandası yarada bilər”.
Sonradan başqa mənbələrdən öyrəndiyimə görə, Dieqo Simeonenin təbii ki, “Atletiko”dakı işində qalmaqla millimizdə məsləhətçiliyi məsələsi ilə bağlı söhbət olubmuş. O özü buna ilkin razılıq versə də, deyilənə görə, AFFA tərəfdən təklifə müsbət yanaşılmamışdı...
Simeone Azərbaycanda, 2013
Dieqo Simeone Azərbaycana növbəti dəfə artıq dostluq deyil, “Qarabağ”la rəsmi matç üçün gəlmişdi (2017-ci il, oktyabr). Oyundan bir gün əvvəl ondan soruşanda ki, siz rəqibiniz olan komandanın işğal olunmuş bir bölgəni təmsil etdiyini, bilirsinizmi? Cavab vermişdi ki, xeyr. Bilməməyində də qeyri-adi nəsə yoxdu. Qeyri-adi, daha doğrusu, faciə odur ki, Bakının mərkəzində sorğu keçirirlər və ali məktəb tələbəsi olan azərbaycanlı gənclər işğal olunmuş şəhərlərimizdən heç üçünün adını çəkə bilmirlər. Nə isə, biz Bakıdan Madridə gedək.
Çünki “Qarabağ”ın “Atletiko” ilə cavab oyunu məhz İspaniyanın paytaxtında idi ki, bu görüşün də, bizdəki kimi heç-heçə bitdiyini (0:0, 1:1) hamınız bilirsiz. “Vanda Metropolitano” stadionunda canlı izlədiyim həmin qarşılaşma bitən kimi diqqətimi bir məqam çəkmişdi. Dieqo Simeone həmkarı Qurban Qurbanovun əlini sıxıb təbrik etmədən qəzəblə və sürətlə paltardəyişmə otağına getmişdi. Dünya futbolunda heç kimin tanımadığı autsayder “Qarabağ”la oyundakı xal itkilərini (hansı ki, “Atletiko”nun qrupda qalması ilə nəticələnmişdi) argentinalı məşqçi həzm edə bilməmişdi. Amma bu, istənilən halda rəqib məşqçiyə münasibətdə etik qaydaları pozmağa əsas vermirdi. Bu oyundan bir neçə ay sonra Qurban Qurbanovla söhbətimdə ona bu haqda sualım olmuşdu. Ənənəvi soyuqqanlılığı ilə cavab vermişdi ki, “hər bir məşqçi o situasiyaya düşə bilər. Məğlubiyyət, önəmli xal itkisi elə şeydir ki, hər an səni özündən çıxara, fikrini yayındıra bilər. Simeoneni başa düşürəm. “Atletiko” bu gün Avroliqanın finalına vəsiqə qazansa da, iki oyunda “Qarabağ”a qalib gələ bilməyib, Çempionlar Liqasında mübarizəni erkən dayandırıb. O insanın halını başa düşmək olar. Ola bilər ki, matçdan sonra əsəblərini cilovlaya bilmirdi”.
Bəli, Simeone emosionallıqdan irəli gələrək bəzən həmkarına münasibətdə də saymamazlıq edə bilər. Mediaya da, azarkeşə də. Amma ictimai qeyri-etik jest və ifadələr hər nə qədər qəbul olunmasa da, bir fakt heç vaxt inkar oluna bilməz – Simeone müasir futbolun koloritidi. Futbola dad və duz qatan adamdı. Emosionallığı, çılğınlığı... Amma həm də heç kimin ağlına gətirə bilmədiyi vaxtlarda nəhəng rəqiblərinə sözün həqiqi mənasında qoz qoymasıyla da.
Aydın BAĞIROV
[email protected]
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol