Hiddink Azərbaycanla Ermənistanın bir qrupa düşməməsindən təəssüflənib

XƏBƏR 8 Fevral 2010 / 13:52 1964
-  A +

Rusiya millisinin baş məşqçisi Qus Hiddink UEFA-nın siyasi səbəblərə görə keçmiş SSRİ-nin bəzi ölkələrini bir qrupa sala bilməməsi barədə qərarından təəssüfləndiyini bildirib. Qol.az-ın məlumatına görə, Hiddink idmançı olduğunu bildirib və ölkələrin idmanla bağlı olmayan səbəblər ucbatından bir-birindən ayırılmasından məyusluğunu gizlətməyib.
Xatırladaq ki, UEFA bir-biriləri ilə münaqişəli vəziyyətdə olduğu üçün Azərbaycanla Ermənistanı və Rusiya ilə Gürcüstanı ayrı-ayrı qruplara salıb.


Son xəbərlər