Məhmət Akın proqnozu: “Azərbaycan qrupda dördüncü yeri tutacaq”

Məhmət Akın proqnozu: “Azərbaycan qrupda dördüncü yeri tutacaq”
XƏBƏR 8 Fevral 2010 / 13:31 2456
-  A +

“Fikrimcə, kənardan baxınca çox asan kimi görünən bir qrupdur. Bununla belə, qrupda yer alan bütün ölkələr futbol adına böyük irəliləyişlərə nail olublar. Mənim qrupdakı favoritlərim Almaniya, Belçika və Türkiyədir. Azərbaycan millisi qrupda sürpriz edə bilər”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın sabiq koordinatoru, türkiyəli mütəxəssis Məhmət Ak deyib. Onun sözlərinə görə, komandamızın qrupda dördüncü pillə uğrunda mübarizə aparması realdır: “İlk iki ölkə Almaniya və Türkiyə olacaq. Türkiyənin işi bir az daha asandır. Çünki demək olar ki, qrupda yer alan bütün ölkələrdə çoxlu sayda türk yaşayır. Bu səbəbdən, məncə, qrup oyunları çox maraqlı keçəcək. Azərbaycan öz meydanında Qazaxıstan və Avstriyanı məğlub edə bilər. Əgər hər şey mən fikirləşdiyim kimi olsa, millinin dördüncü pillədə yer alması mümkündür”. Məhmət Ak Türkiyə və Azərbaycan arasında oynanılacaq matçlara da proqnoz verib: “Türkiyədəki matç meydan sahibləri üçün çətin olmayacaq. Amma Bakıdakı oyun haqqında eyni sözləri deyə bilmərəm. Türkiyə millisinin baş məşqçisi hələ də təyin olunmayıb. Bu da onlar üçün mənfi bir haldır”.

Son xəbərlər