"5 gündür ki, hazırlıqlara başlamışıq. Futbolçulardan razıyam. Əvvəlcə heyətdə zədəli futbolçular var idi və tam heyətlə hazırlıq keçə bilmirdik. Sonradan vəziyyət düzəldi. Bizi çətin oyun gözləyir. Norveç ilk görüşdə Almaniyaya uduzub. Komandama inanıram. Oyuna hazırıq və qələbə qazanmaq üçün hər şey edəcəyik".
Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri milimizin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvat mütəxəssis Bakı Olimpiya Stadionunda Norveçlə oyunöncəsi mətbuat konfransı keçirib. Çıxışından sonra Prosineçki jurnalistlərin suallarını cavablandırıb:
-Klubunda hər oyuna çıxan Vaqif Cavadov millinin heyətində yoxdur...
- Ramil Şeydayev və Emil Mahmudov gənc futbolçulardır. Düşünürəm ki, onlar gələcək üçün vacib oyunçulardır. Üstəlik, onların mövqeyi Vaqif Cavadovla eyni deyil. Onun mövqeyində daha yaxşı formada olan futbolçular var. Futbolçular "Trabzonspor", "Boavişta" və "Sumqayıt"da oynayır. Düşünürəm ki, bu klublar arasında fərq böyükdür.
- Sabahkı oyun üçün start heyətini açıqlaya bilərsiniz?
- Bilirəm ki, bu hər kəsi maraqlandırır. Komanda son 5 gündə yaxşı məşq edib. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək. Üzümü futbol həvəskarlarına tuturam və onları stadiona dəvət edirəm. O qədər optimistəm ki, sabahdan Azərbaycanda futbola marağın qalxacağına və millinin oyunlarına biletin çətinliklə tapılacağına inanıram. Sabah oyuna bu heyətlə başlayacağıq: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov, Ağabala Ramazanov.
- Bədavi Hüseynovun start heyətində yer almaması zədəsinin tam sağalmadığını göstərir?
- Bədavi iki aya yaxın futboldan kənar qalıb. Son zamanlarda yalnız 2 görüşdə meydana çıxıb. Fikrimcə, o bu gün Norveçə qarşı oynayacaq formada deyil. Ümid edirəm ki, sabah heç kim zədə almayacaq. Maksim Medvedev mərkəz müdafiəçisi mövqeyində Bədavinin yerinə çıxış edəcək. İnanıram ki, heç bir problem olmayacaq.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat