“Qarabağ”ın sahibi Abdulbari Gözəl klubun son durumu ilə bağlı açıqlama verib.
Qol.az saytının xəbərinə görə, jurnalistlərə açıqlamasında A.Gözəl komandasının son turlar zəif çıxışına toxunaraq deyib ki, “Qarabağ”ın bir neçə turda xal itirməsinə normal yanaşmaq lazımdır.
“Hərdən futbolçuların əhval-ruhiyyəsi dəyişir. Ya havaya girirlər, ya özlərindən razılıq əmələ gəlir”.
O bildirib ki, klub olaraq, baş məşqçi Qurban Qurbanovun işinə qarışmırlar: “Qurbanla biz dövlət içində dövlət kimiyik. O, “Qarabağ”da muxtar respublika kimidi, nə istəyirsə, edir. Komanda hərdən geriləyə, hərdən irəliləyə bilər. Buna normal yanaşmaq lazımdır. Bu yaxınlarda “Barselona”nın oyununa baxdım, uduzdular. Ondan sonra bir az təskinlik tapdım ki, o qədər büdcəsi olan klub da uduzur, “Qarabağ” da”.
A.Gözəl “Qarabağ”ın büdcəsini azaltmadıqlarını da deyib. “Qarabağ” bizim qürur mənbəyimizdir. Ən son qəpiyimizi qazanana qədər komandanı dəstəkləyəcəyik. “Qarabağ” komandası Qarabağın varlığının sübutudur. Komandaya dəstək olmaq bizim borcumuzdur”.
A.Gözəl “Qəbələ” klubunun çıxışlarına da toxunub: “Bu komandanın güclü olması həm onların özü, həm də “Qarabağ” üçün yaxşıdır. Çünki yaxşı rəqabət yaranır. Bu yaxınlarda Qurban Qurbanovdan soruşdum ki, "Qarabağ" niyə geri gedir. Dedi ki, yerli futbol klubları çox zəifdi, inkişaf edə bilmirik. Güclü klub tapa bilmirik ki, onlarla oynayaq. Amma getdi "Qəbələ"ylə oynadı və iki qol buraxdı. Dedim sonra demə ki, güclü klub yoxdur”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində