"Qarabağ"ın hazırkı vəziyyəti hər bir komandanın, idman həyatını davam etdirən hər kəsin başına gələ biləcək bir hadisədir".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Qarabağ" klubunun baş direktoru Əmrah Çəlikəl jurnalistlərə açıqlamasında deyib.
Klub rəsmisi ardıcıl məğlubiyyətlərə baxmayaraq rəhbərlik etdiyi komandanın "qara zolaq"da olmadığını bildirib: "Qarabağ" son üç oyunu səfərdə oynayıb. "Kəpəz", "Fiorentina" və "Qəbələ"... Statistikaya baxdıqda komandanın pis oynamadığını görürük. Komandaya dəstək olmaq lazımdır. Bizim birliyimiz, bərabərliyimizlə dəf edə bilməyəcəyimiz heç bir problem olmaz".
Ə.Çəlikel yeni müqavilə imzalanan gənc qapıçı Emil Balayevlə bağlı da danışıb. O, gənc qolkiperin yeni transfer adlandırılmamasını xahiş edib: "Balayev yayın əvvəlindən komanda ilə məşq edir və bizimlə bir yerdədir. Sadəcə, müqaviləni yeni bağlamışıq. Onu yeni transfer kimi qiymətləndirməməyinizi xahiş edirəm. Emil Almaniyada bir klubla danışıqlar aparırdı və müqavilə bağlamaq ehtimalı vardı. Bu səbəbdən bizimlə müqaviləni gec bağladı. Onun gəlişi hansısa qapıçının getməsinə dəlalət etmir. Gələcəkdə kimin qalıb-gedəcəyinə qaldıqda, bu məsələyə dair qərarı baş məşqçimiz verir. Digər transferlərə gəlincə, baş məşqçimiz var. Mənim hansısa transferdən danışmağım düzgün olmaz. Hansı mövqelərdə çatışmazlığın olduğunu Qurban Qurbanov daha yaxşı bilir".
Baş direktor bildirib ki, komandanın kapitanı Rəşad Sadıqovun "Qarabağ"ın U-19 komandasına baş məşqçi təyin olunması onun futbolçu kimi çıxışına heç bir təsir göstərməyib: "Düşünmürəm ki, Rəşadın bütün diqqəti 19 yaşlı futbolçularımıza yönəlib və oyuna fikir vermir. Onun həyatı futbolla bağlıdır. U-19-da köməkçiləri var. Bu təyinatın Rəşadın gələcək məşqçilik karyerası üçün düzgün addım olduğunu düşünürəm. Üstəlik, gələcəyin böyük futbolçusu olacaq uşaqların qarşısına yaxşı nümunə qoymuşuq. Bu, onların motivasiyası üçün də yaxşı yoldur. Rəşadın enişdə olduğunu düşünmürəm. Onun çıxışı "Qarabağ" üçün xeyirlidir".
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində