“Neftçi”nin Topaz Premyer Liqasındakı uğursuz çıxışlarından sonra sponsor SOCAR tərəfindən kluba nəzarət edən şəxs dəyişdirilib.
Qol.az-ın əldə etdiyi xəbərə görə, bir müddət əvvəl klubun kurasiyası SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovdan qurumun digər-vitse prezidenti Mikayıl İsmayılova keçib. Məhz bundan sonra "Neftçi"nin özündə kadr dəyişikliyi başlayıb. İlk iş kimi icraçı direktor Elnur Məmmədov, onun müavini Mübariz Xudiyev və baş məşqçi Vəli Qasımov istefaya göndərilib.
Başqa bir məlumata görə, bu dəyişiklikdən sonra AFFA-nın baş katibi Elxan Məmmədovun kluba nəzarəti daha da güclənib. Mənbənin xəbərinə görə, faktiki olaraq, bu gün “Neftçi”yə nəzarəti Mikayıl İsmayılovla Elxan Məmmədov həyata keçirir. Onların qarşısına klubu düşdüyü çətin vəziyyətdən çıxarmaq vəzifəsi qoyulub.
Mikayıl İsmayılov
Qeyd edək ki, klubun idarəçiliyində bundan sonra da dəyişikliyin aparılacağı istisna deyil.
Bəs, bu dəyişikliyin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə təsiri olacaqmı? Mənbə bildirib ki, Ç.Abdullayev E.Nəsirovun “Neftçi”yə nəzarət etdiyi dövrdə kluba rəhbər gətirilib. Amma yaxın vaxtlarda Ç.Abdullayev səviyyəsində dəyişikliyin olmayacağı bildirilir.
Poqba sıradan çıxdı
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
"Bu matça daha yaxşı hazırlaşmışıq" - "Sabah"ın futbolçusu