“Ayaks” Vaqif Cavadovun komandasını böyükhesabla məğlub etdi

XƏBƏR 8 Fevral 2010 / 00:51 2401
-  A +

Dünən Hollandiya çempionatında XXII tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, turun sonuncu, eyni zamanda mərkəzi qarşılaşmasında “Ayaks” öz meydaninda milli komandamızın hücumçusu Vaqif Cavadovun çıxış etdiyi “Tvente”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Qeyd edək ki, 22 turdan sonra 55 xal toplayan “Tvente” ikinci pillədə qərarlaşıb. Enshede klubu ilk pillədə qərarlaşan “PSV Eyndhoven”dən 3 xal geri qalır. “Ayaks” isə 49 xalla üçüncü pillədə qərarlaşıb. Xatırladaq ki, Vaqif Cavadov məşqlərin birində zədə aldığına görə “Ayaks”a qarşı matçda iştirak etməyəcəyi əvvəlcədən dəqiq idi.

Son xəbərlər