Mişel Platini: “Azərbaycanla Ermənistanın eyni qrupa düşməməsi düzgün qərardır”

Mişel Platini: “Azərbaycanla Ermənistanın eyni qrupa düşməməsi düzgün qərardır”
XƏBƏR 7 Fevral 2010 / 13:48 2039
-  A +

UEFA prezidenti Mişel Platini bu gün Polşanın paytaxtı Varşavada baş tutacaq Avro-2012-nin seçmə mərhələsinin püşkatmasından öncə mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Platini siyasi gərginlik yaşayan Azərbaycanla Ermənistanın, eləcə də Rusiya ilə Gürcüstanın seçmə mərhələdə eyni qrupa düşməyəcəyini bildirib: “Ötən seçmə mərhələdə, hələ mən UEFA prezidenti olmayan vaxtlarda Ermənistan və Azərbaycan komandaları bir-biri ilə oynamaq istəmirdi. Təsəvvür edin ki, tarix yenə təkrarlana bilər. Azərbaycan və Ermənistan milliləri eyni qrupa düşsələr necə olacaq? Fikrimcə, UEFA-nın İcraiyyə Komitəsi düzgün qərar çıxarıb və bu, idmanın siyasiləşdirilməsi anlamına gəlmir”.

 


Son xəbərlər