“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 7-ci turunda “Qəbələ”yə səfər matçından məğlubiyyəti (0:2) şərh edib.
Qol.az-ın müxbirinin məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında o, həm görüş, həm də futbolçuları ilə bağlı sualları cavablandırıb.
- Rəqibi təbrik edirəm. Yaxşı oynadılar və qələbə qazandılar. Maraqlı oyun alındı. Matç sürətdə və mübarizədə Avropa Liqasındakı matçlardan fərqlənmədi. Ardıcıl üç çətin səfər oyunu keçirdik. İstəməzdik ki, azarkeşlərimizə məğlubiyyət acısı yaşadaq. Qarşıda bizi yaxşı oyunlar gözləyir. Ciddi hazırlaşmalıyıq.
- “Qarabağ” niyə ardıcıl iki oyundur uduzur?
- Ümumi oyunlar nəzər salmaq lazımdır. “Qəbələ”yə qarşı hazırlaşmaqda vaxtımız az oldu. Rəqibimizin oyun fəlsəfəsi fərqlidir.
- Rəşad Sadıqov və Əfran İsmayılovun durumu necədir?
- Rəşadın ağrıları var. Əfran isə bir müddət oynamayacaq. İki oyunçunu birdən-birə itirmək yaxşı deyil.
- 3 oyundur ki, “Qarabağ” enişdədir. Qarşıdakı fasilə işinizə nə dərəcədə yarayacaq?
- Hər şeyə hazır olmalıyıq. Əlimizdə olan imkanlardan yararlanmalıyıq. Uduzduğumuz oyunlardan dərs çıxarmalıyıq.
- Son 3 oyunda “Qarabağ” 8 qol buraxıb. Komandada nə baş verir?
- Sadəcə məğlub olduq. Bu, bizi narahat edir. Komandanın oyunundan razıyam. Futbolda hər bir komanda belə hallarla üzləşir. Bunu normal qəbul etmək lazımdır.
- Dino Ndlovu və Vüqar Nadirov haqda indi nə düşünürsüz?
- Dinonun indiki fiziki durumu yaxşıdır. Onun çox çəkisi olmayıb. Ndlovunun bədən quruluşu belədir. Hər şey normaldır və məni qane edir. Oyundan-oyuna uyğunlaşır. Vüqar Nadirov isə təcrübəli futbolçudur.
- Çempionatda lider “Qəbələ” ilə aranızda 6 xallıq fərq yaranıb. Avropa Liqasında isə cəmi 1 xal qazanmısız...
- İstəyirik ki, hər iki turnirə yaxşı hazırlaşaq. Çempionatın səviyyəsini götürsək, 6 xal böyük fərqdir. Hər iki turnir bizim üçün vacibdir.
- Bu gün keçirlən matçı riskə atmadınız? Çünki bəzi əsas futbolçular ehtiyatda idi...
- 2 futbolçumuz zədəli idi. Yorğunluğu da nəzərə almaq lazımdır.
- Reynaldo son zamanlar çox tənqid olunur. Ondan razısınız?
- Bir müddət eniş var idi. Hazırda o, mənim görmək istədiyim Reynaldo deyil. Son zamanlar üzərində çox çalışır.
- “Qarabağ” son illər asanlıqla çempion olurdu. Amma bu il “Qəbələ” çox istəklidir...
- Sizinlə razıyam. “Qəbələ” hazırda çox güclü rəqibdir. Ciddi rəqabət var və bunun çox olmasını istəyirəm. Rəqabətin çox olması futbolçuların inkişafına fayda verir. Əvvəllər çempionatın səviyyəsi daha yüksək idi.
- Elvin Yunuszadə çox tənqid edilir. Siz razısınız ki, Elvin tənqidləri haqq edir?
- Elvin Yunuszadə neçə oyundur ki, start heyətdə oynayır. Hətta Avroliqanın ən yaxşı ötürmə edən futbolçuları siyahısına daxil olmuşdu. Bəzən onun xarakterindən narazı qalıram. Məncə, bu tənqidlər Elvinə daha çox kömək olmalıdır. Onun həyata baxışı dəyişməlidir. O, hazırda tapşırıqları düzgün yerinə yetirir. Elvin yaxşı müdafiəçi ola bilər, çox çalışmalıdır.
- Komandanın psixoloqa ehtiyacı var?
- Komandamızın psixoloqu var, o da mənəm. Bu missiyanı öz üzərimə götürmüşəm. İndiyənə qədər psixoloqa ehtiyac duymamışıq və bundan sonra da lazım deyil.
- Mahir Mədətovun xarakterindən razısız?
- Hər bir futbolçu fərqli xarakterə malikdir. Heç kimin mənfi cəhətlərini açıqlamaq istəmirəm. Gənc oyunçular futbolçu olduqlarını başa düşməlidir. 1 ay əvvəlki Mahirlə indiki arasında fərq var. Xarakteri zəifləyib. Gənc oyunçular futbolu çox düşünsələr, bundan yaxşı istifadə edəcəklər.
Məftun MAHİROĞLU
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi
UEFA-dan Babək Quliyevə yeni təyinat
"Hakimlər "Real"a kömək edir" - "Barselona"nın prezidenti
Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
Mirça Luçesku huşunu itirdi, xəstəxanaya yerləşdirildi
Karyerasının son oyununda qol vurdu
Bu şərti qəbul etsə, "Barselona"da qalacaq
Klopp “Enfild”ə qayıtdı - Video
Bu yarışda qalib Medina-Montiel cütlüyü oldu - Video
Kasemiro bu kluba keçir
Futbol tarixində ən bahalı qadın oyunçu oldu
"Qarabağ"ın azarkeşi vəfat edib
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
“Dinamo”dan 6 qollu qələbə
Azərbaycan güləşçiləri Estoniyada 5 medal qazanıblar
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq