"Üç xal bizə çox vacib idi. Buna görə də çox sevinirəm. Komanda bu gün çox yaxşı oynadı. Düzdür, rəqibimiz yaxşı futbol sərgiləsə də, biz öz oyunumuzu göstərməyə çalışdıq. "Kəpəz”in heyətində Dario Frederiko yaxşı çıxış edirdi. Sonuncu dəqiqədə vurduğumuz qola daha çox sevindim. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.
Qol.az-ın futbol11.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqanın 7-ci turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Çempionatdakı fasilə zamanı millinin düşərgəsində olacaqsınız. Bu, komandaya təsir etməyəcək?
- Biz proqramla işləyirik. Mən bilirəm ki, qarşıda necə proqramım var. Fasilə bizim üçün yaxşıdır. Məncə, həmin fasilədə nəyisə düzəldə biləcəyik.
- Azarkeşlər komandanı 90 dəqiqə ərzində təhqir edirlər. Buna fikriniz necədi?
- Mən bu sözləri eşitmirdim. Elə bilirdim ki, azarkeşlər komandaya dəstək olurlar. Fikrimcə, onları başa düşmək olar.
- Azarkeşlər Araz Abdullayevin kapitan olmasından narazıdırlar. Qarşıdakı günlərdə komandanın kapitanını dəyişmək fikriniz yoxdu?
- Bir həftə bundan qabaq azarkeşlərlə görüşümüz olub. Kapitan dəyişməklə deyil ki...Azarkeşlərin sözü ilə oturub-durmaq fikrim yoxdur. Mən Arazın oyunundan çox razıyam. Ancaq bilmirəm ki, azarkeşlərlə Araz arasında nə baş verib.
- Mahir Şükürovun "Neftçi”dəki rolu nədən ibarətdir?
- Sadəcə, komandamızda məşq edir. Onun gənc futbolçularımıza xeyiri dəyir.
- Mahir komandada "ağsaqqal” rolunu oynayırmı?
- Komandanın "ağsaqqal”ı mənəm. Sabah Mahir formasını bərpa etsə və başqa komandada oynamaq istəsə, ona icazə verəcəm. Təbii ki, qarşıdakı yoxlama oyunlarında ondan istifadə edəcəyəm.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü