Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliya çempionatının 7-ci turunda da “Boavişta”nın əsas heyətində yer alacaq.
Qol.az-ın xəbərinə görə, bu haqda komandanın baş məşqçisi Ervin Sançes klubun rəsmi saytına açıqlamasında bildirib.
“Boavişta” oktyabrın 2-də öz meydanında “Moreirense”ni qəbul edəcək.
Bundan öncəki turda “Boavişta” “Portu”ya 1:3 hesabı ilə uduzub. Buraxılan üçüncü qolda Kamran Ağayevin kobud səhvi olub. Bundan sonra bəzi Portuqaliya saytları millimizin futbolçusunun növbəti turda start heyətində yer almayacağını yazıb.
Baş məşqçi Ervin Sançes isə bildirib ki, bir səhvə görə futbolçunu çarmıxa çəkmək olmaz: “Bundan əvvəl Ba və Meyra əsas heyətdə oynamışdı. Biz hər tur qapıda dəyişiklik edə bilmərik”.
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi