“Gəncə” millimizin sabiq üzvlərini heyətinə qatdı

XƏBƏR 6 Fevral 2010 / 14:38 2573
-  A +

I divizionunda mübarizə aparan “Gəncə” klubu qış transfer mövsümündə 8 futbolçunu heyətinə qatıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, milimizin sabiq üzvləri - İlham Yadullayev (“Karvan”) və Azər Məmmədov (“Qəbələ”), eləcə də Ruslan Hüseynovu (“Turan”), “Xəzər-Lənkəran”ın əvəzedici heyətindən hücumçu Sabir Allahquluyev, “ABN-Bərdə”dən hücumçu Ruslan Rüstəmov, “Ədliyyə”dən müdafiəçi Nicat Məmmədov, “Şahdağ”dan qapıçılar Vəli və Ruslan Qafarov qardaşları ilə müqavilə imzalanıb.
Əvəzində, “Gəncə” 7 futbolçu ilə yollarını ayırıb: qapıçı Tariyel Hüseynov, yarımmüdafiəçilər Aqşin Salahov, Mustafa Əsədov, Rövşən Vəliyev, Mübariz Abbasov, Səbuhi Məmmədov və hücumçu Anar Əliyev.

 


Son xəbərlər