Əli Cansun: "Neftçi" o vaxtla müqayisədə indi daha güclüdür"

Əli Cansun: "Neftçi" o vaxtla müqayisədə indi daha güclüdür"
XƏBƏR 6 Fevral 2010 / 01:02 2230
-  A +

“Neftçi”nin sabiq futbolçusu, hazırda Bank Asiya birinci liqasında “Kocaelispor”un formasını geyinən türkiyəli Əli Cansun fevral ayının 9-da keçiriləcək “Neftçi” – “Bakı” matçı ilə bağlı fikirlərini bildirib. Qol.Az-ın müxbirilə söhbətində Cansun almaniyalı mütəxəssis Gedenin baş məşqçiliyi zamanı “Bakı”ya qarşı keçirdikləri və məğlub olduqları matçı xatırlayıb: “Həmin oyunun ikinci hissəsində meydana daxil oldum. Bizim üçün matç çox çətin keçdi. Çünki o dönəmlər komanda heç də yaxşı oyun nümayiş etdirə bilmirdi. “Bakı” yaxşı oynadı və bizi məğlub etdi. Meydanın mərkəzində çıxış edən “Bakı”nın braziliyalı üzvü Ramimi xüsusi fərqləndirmək istəyirəm". Türkiyəli futbolçu  “Neftçi”nin hal-hazırda o vaxtla müqayisədə daha güclü olduğunu deyib: "Gözəl matç olacağına inanıram. Qəlbim köhnə komandamın yanındadır. Bununlə belə, çox hörmət etdiyim "Bakı"nın baş məşqçisi Bülənt Qorxmaz və vitse-prezident Tunc Avşarın da üzülmələrini istəmərəm”.

Son xəbərlər