Millimizin qazaxlarla yoldaşlıq görüşünün tarixi dəyişdirildi

XƏBƏR 5 Fevral 2010 / 18:49 2196
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimizin Qazaxıstanın «Kazaxmıs» klubu ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, fevralın 6-da deyil, bir gün sonra - fevralın 7-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Son xəbərlər