"Rəqib bütün komponentlərdə bizdə üstün idi. Hər bir cəhətdə üstün idilər. Onlarla bizim səviyyəmiz fərqlidir. Mən futbolçularla da bu barədə danışmışam. Çalışacağıq ki, belə rəqiblə bir yerdə olaq və onlar kimi oynayaq. Futbolçularım qladiator kimi döyüşdülər".
Qol.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Maynts"la oyundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibin heyətində iki dəyişiklik oldu. Ehtiyat oyunçular skamyasına baxıb heç nə demədiniz?
- Rəqib komplektləşmiş komandadır. Əvəzetmələrdən sonra oyun sürətləndi. Bu da onların gücündən xəbər verir və nəticə olaraq hesabın dəyişməsinə səbəb oldu. Bu səviyyədə oynamaq üçün bir komanda kimi komplektləşməliyik. Məğlubiyyət xoş hiss deyil, amma öyrənməliyik.
-Almaniya və Azərbaycan çempionatının fərqi göz qabağındadır. Rəqibə nədə uduzdunuz? Çempionatın səviyyəsində, yoxsa əvəzetmədə?
- Tam fərqli səviyyələrdir. Özünüz də o klubların büdcəsini bilirsiniz. Onların səviyyəsinə diqqətlə baxmaq lazımdır. Seleksiya işləri də fərqlidir. Belə sualların tərəfdarıyam. Digər tərəfdən də bu cür sualların verilməsi yaxşıdır ki, hər şey açıqlansın.
- Bildirdiniz ki, "futbolçularım qladiator kimi mübarizə aparırdı". Amma bu sözü yalnız Baqali Daboya aid etmək olar. Çünki o, 90 dəqiqə işləyirdi. Premyer Liqada müdafiəsi ilə seçilən "Qəbələ" bu gün müdafiənin səhvindən 3 qol gördü. Razısınız ki, müdafiə xətti etimadı doğrultmadı?
- Qol vurulursa, deməli səhv var. Biz adətən müdafiə olunanda komanda şəklində bunu edirik. Kimisə günahlandırmaq istəmirəm. Çünki onlar sürətli hərəkət edirlər və onlara qarşı çətindir. Deyə bilərəm ki, Filip hər bir oyunçudan daha çox qaçıb. Həmçinin də Dabo elədir. Bu da o deməkdir ki, biz düzgün
oyunçular seçmişik. Mən öz oyunçularımla fəxr edirəm.
- Teo Uikslə Nika Kvekveskili olsa idi, fərqli nəsə olardı?
- İstənilən oyunçunun yoxluğu bizim üçün böyük itkidir. Avropa Liqasında heyət güclü olmalıdır. Bu gün Teo və Nikanın yoxluğuna görə, Vernidubu dayaq yarımmüdafiəçisi mövqeyində oynatdım. Əlbəttə həmin oyunçular olsa idi, fərqli bir şey olardı.
- Ot örtüyünə görə taktiki dəyişikliklər edə biləcəyinizi demişdiniz. Buna ehtiyac oldu?
- Meydança çox yaxşı idi. Əməkdaşlar yaxşı işləyib. Yağış yağdıqca oyun daha çox sürətlənirdi və sanki üzərimizə rəqib tərəfdən tayfun gəlirdi. Sonda "Qarabağ"a daha yaxşı nəticə arzulayıram.
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli