Almanlar Foqtsun gözləri qarşısında futbolçularımızla bacarmadılar

Almanlar Foqtsun gözləri qarşısında futbolçularımızla bacarmadılar
XƏBƏR 5 Fevral 2010 / 12:52 2279
-  A +

2010-cu il yanvarın 4-dən etibarən Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi “Duysburq” klubunun nəzdindəki həmyaşıdlarından ibarət komanda ilə yoxlama oyunu keçirərək 3:0 hesabı ilə qalib gəlib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, futbolçularımızdan Adil Nəbiyev, Mənsur Nəhavəndi və Qurbanəli Əliyev fərqlənib.
U-15-in oyununu AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyib


Son xəbərlər