Güclü qar klubların planlarını pozdu

XƏBƏR 5 Fevral 2010 / 12:50 1911
-  A +

Dünən gecədən Bakıya yağan güclü qar səbəbindən bəzi klubların planı pozulub. «Neftçi» klubunun bu gün saat 11.00-da İsmət Qayıbov adına stadionda nəzərdə tutulan məşqi təxirə salınıb. Futbolçular klubun bazasının zalında yüngül məşqlər ediblər.
«Bakı» klubunun da məşqi təxirə salınıb.
 «Qarabağ» komandasının günün ikinci yarısına nəzərdə tutulan məşqinin keçirilib-keçirilməməsi isə hələ bilinmir.


Son xəbərlər