Mərkəzi oyunlar niyə günorta keçirilir?

Mərkəzi oyunlar niyə günorta keçirilir?
XƏBƏR 4 Fevral 2010 / 18:15 2095
-  A +

“Neftçi” klubu “Qarabağ” və “Bakı”ya qarşı oyunları günorta saatlarına təyin etməsinin səbəbini açıqlayıb. Qol.Az-ın müxbirilə söhbətində paytaxt klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu matçların erkən saatda başlamasına belə aydınlıq gətirib: “Oyunların erkən saata təyin olunması hava şəraiti ilə əlaqədardır. Biz də istərdik ki, təkcə mərkəzi deyil, bütün oyunları axşam saatına salaq. Lakin indiki halda bu mümkün deyil. Axşam saatlarında hava daha soyuq olur ki, bu da meydançanın ot örtüyünə də pis təsir göstərir. Amma “Neftçi” “altılığ”a düşsə, bütün oyunlarımızı axşam saatlarına təyin edəcəyik”. 


 


Son xəbərlər