“Neftçi” Aliutanın ad gününü qeyd etdi

XƏBƏR 4 Fevral 2010 / 16:20 2003
-  A +

Bu gün “Neftçi” klubunun üzvü Marian Aliutanın 32 yaşı tamam olur. Qol.Az-a paytaxt klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlunun verdiyi məlumata görə, bu münasibətlə klubun bazasında kiçik mərasim təşkil olunub. “Neftçi”nin prezidenti Sadıq Sadıqov da mərasimə qatılıb. O klubun adından rumıniyalı futbolçunu təbrik edərək, ona hədiyyələrini çatdırıb. Aliutanın şərəfinə tort kəsilib. “Neftçi”nin prezidenti Sadıq Sadıqov bildirib ki, bundan sonra futbolçuların ad gününü komanda üzvləri birlikdə qeyd edəcəklər.


Son xəbərlər