Milli komandamız tarixinin ən böyükhesablı qələbəsini qazandı

XƏBƏR 4 Fevral 2010 / 15:30 2246
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün hazırlıq prosesi çərçivəsində İsveçrənin «Sent Marqrethen» klubu ilə yoldaşlıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 12:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Millimizin qollarına Araz Abdullayev (4 qol), Elnur Abdulov (2), Amit Quluzadə, Orxan Həsənov, Eldar İsmayılov, Kamil Nurəhmədov, Həsən Allahyarov və Eltun Yaqublu imza atıblar. Qeyd edək ki, bu milli komandalarımızın xarici klublara qarşı keçirdiyi matçlarda qazandığı ən böyükhesablı qələbəsidir.  

Son xəbərlər