“Xəzər Lənkəran” azarkeşləri komandalarıyla bağlı layihə həyata keçirdi

“Xəzər Lənkəran” azarkeşləri komandalarıyla bağlı layihə həyata keçirdi
XƏBƏR 4 Fevral 2010 / 12:53 2224
-  A +

“Xəzər Lənkəran”ın “12-ci oyunçu” azarkeş klubu cənub təmsilçisinin 2010-cu ildəki ilk ev oyununda “Hamı ağ-yaşıl” adlı layihəni həyata keçirib. Qol.Az-a bu haqda “12-ci oyunçu” azarkeş klubundan məlumat verilib. Məlumatda deyilir ki, stadion rəhbərliyi də bu layihəni həyata keçirilməsində yaxından iştirak edərək, hazırlanan hədiyyələrə 25 ədəd köynək və 30 ədəd bayraq əlavə edib: “Hələ oyuna bir saat qalmış stadionun “E” sektorunu “ağ-yaşıl” şarlarla bəzəmişdik. Oyunun başlamasına bir neçə dəqiqə qalmış “Fırtınalar meydanı”nın “E” sektorunda azarkeşlərə köynəklər, şarflar və bayraqlar payladıq”.

 


Son xəbərlər