Füzuli Cavadov: "Qarabağ"ın heyətində Vaqifin yoxluğunu hiss etmədim"

XƏBƏR 4 Fevral 2010 / 00:40 2221
-  A +

"Tvente"nin və milli komandamızın hücumçusu Vaqif Cavadovun atası, veteran futbolçu Füzuli Cavadov dünən keçirilən “Neftçi” – “Qarabağ” matçı haqqında fikirlərini bildirib. F.Cavadov Qol.Az-ın müxbirilə söhbətində deyib ki, dünənki matçda “Qarabağ”ın heyətində Vaqifin yoxluğunu hiss etməyib: “Mətbuatda “Qarabağ”ın Vaqif olmayacağı təqdirdə zəif oyun nümayiş etdirəcəyi haqqında fikirlər səsləndirilirdi. Mən bu fikirlərlə razı deyiləm. Dünənki oyunda da bunun bir daha şahidi olduq. Düzdür, "Qarabağ"da bütün hücumlar Vaqif üzərindən qurulurdu. Bununla belə “Qarabağ”ın artıq oturuşmuş heyəti var. Fikrimcə, Vaqifin yoxluğu Ağdam klubu üçün elə də problem yaratmayacaq”.

Son xəbərlər