Ağasəlim Mircavadov: “Futbolçularım bugünkü oyuna köklənə bilmədilər”

Ağasəlim Mircavadov: “Futbolçularım bugünkü oyuna köklənə bilmədilər”
XƏBƏR 3 Fevral 2010 / 19:15 1838
-  A +

“Bu gün qarşılaşdığımız "Standard" ilk dövrədəki komandadan çox fərqlənir. Böyükağa müəllimin gəlişindən sonra komandada müsbətə doğru böyük dəyişikliklər hiss olunur”. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Standard”la oyunsonrası mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis bildirib ki, futbolçuları oyuna köklənə bilməyiblər: “Oyunun heç-heçə başa çatmasına baxmayaraq, deyərdim ki, "Standard" bu oyunda qazandı. Futbolçularıma arxayınlaşmamağı tapşırsam da, oyuna köklənə bilmədilər. Azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün təəssüflənirəm”.


Son xəbərlər