Yunis Hüseynov: "Hər kəs bu gün "Karvan"ın gücünü gördü"

XƏBƏR 3 Fevral 2010 / 16:13 2283
-  A +

“Hələ fasilə zamanı mən demişdim ki, yeni komanda yaradacam və bu komanda bir çoxlarına başağrısı olacaq. Hər kəs bu gün “Karvan”ın gücünü gördü. Komandamız yaxşı oynadı. Uşaqlardan razı qaldım. Razıyam ki, bəzi xırda səhvlərimiz oldu. Bununla belə nəticə məni qane edir. İnşallah növbəti matçlarda daha güclü çıxış etməyə çalışacağıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın "Karvan" - "Simurq" matçının oyunsonrası mətbuat konfransında Yevlax klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Son xəbərlər