«Bakı» klubunun yeni futbolçusu Mahmud Qurbanovun Qol.Az-a müsahibəsi
- «Bakı» iddialı komandadır, çox yaxşı rəhbərliyi və baş məşqçisi var. Hacıyevskini millidə çalışan zamandan tanıyıram. Bir sözlə, belə komanda ilə anlaşdığıma çox sevinirəm.
- Hacıyevskinin vaxtında yığmada oynayırdın, Foqtsun dövründə isə kənarda qalmısan.
- Mən klubdan danışmaq istərdim, yığmadan yox. Milli komanda haqda fikir söyləmək sonranın işidir.
- Bu məşqçiləri müqayisə etsən, hansına üstünlük verərdin?
- Bununla bağlı nəsə demək istəmirəm.
- «İnter»dən narazı ayrıldığın deyilir.
- Qətiyyən belə deyil. Müqaviləm başa çatdı, yeni anlaşma üçün razılaşma olmadığından vidalaşdım. Ümumiyyətlə, «İnter»dən heç bir incikliyim yoxdur.
- «Bakı» ilə 6 aylıq müqavilə bağlamağın belə anlama gəlmir ki, mövsümün sonunda karyeranı başa vuracaqsan?
- Xeyr. Karyeramı bitirməyimlə bağlı məndən tez-tez soruşurlar. Yaş haqda nəsə deyə bilmərəm. 35 yaşım olsa da, indi də lazımı səviyyədə oynaya bilərəm. Bildirmək istəyirəm ki, tezliklə futboldan ayrılmaq niyyətim yoxdur. İnşallah, mövsümü major notlarla başa vuraram və yenidən müqavilə bağlayarıq.
- Komandan çempion ola biləcəkmi?
- İnşallah. Ancaq ikinci dövrə çətin olacaq. Liderdən 2 xal geridəyik. Əsas odur ki, sonda yaxşı nəticə qazanaq. Buna inamım böyükdür və məqsədə çatmaq üçün səylə çalışacağıq.
- Yığmada oynamaq gücün varmı?
- Bu, məşqçilərin işidir. Nə zaman milli komandaya çağırılsam, həmişə oynamağa hazıram.
- Foqtsun açıqladığı yeni siyahıda adına rast gəlinmir.
- Bunda qəbahət nəsə görmürəm. Dünyanın axırı deyil ki?!
- Lixtenşteyn yığmasını da uda bilməyən millimiz ötən ili cəmi 1 xalla başa vurdu.
- Yığmamızın çıxış etdiyi qrup çətindir. Milli komandanı dəstəkləmək lazımdır. Yığmaya uğurlar arzulayıram.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi