Milli komandamızın və Rusiyanın “Anji” klubunun müdafiəçisi Mahir Şükürovun müsahibəsi
- “Anji”yə keçidiniz necə alındı?
- Təkliflərim çox idi. “Anji”ni yalnız ona görə seçmədim ki, Mahaçqala vətənimə yaxındır. Hərçənd, bu məsələdə məsafənin mənim üçün əhəmiyyət kəsb etdiyini gizlətmirəm. Qafqaz ruhu, oxşar mentalitet, nəhayət, Dağıstanın müsəlman bölgəsi olması qərarıma təsir etdi. İndi artıq deyə bilərəm ki, məni Moskva “Dinamo”su, “Amkar, Nalçik “Spartak”ı və II Bundesliqadan bir komanda dəvət edirdi.
- “Anji” sizinlə konkret nə vaxt maraqlandı?
- Düşünürəm ki, payızda Rusiya millisinə qarşı oyunumuzdan sonra mənimlə maraqlanmağa başladılar. Bu görüşdən sonra gələcək karyeramla bağlı müxtəlif variantlarım yarandı.
- Mahaçqaladakı müqaviləniz Azərbaycandakı qazancınızdan çoxmu fərqlənir?
- Belə deyək ki, fərq elə də böyük deyil.
- Dağıstan paytaxtında Vaqif Cavadov da qərarlaşa bilərdi. Siz bunu bilirdiniz?
- Əlbəttə, onunla komanda yoldaşı olmamağım təəssüf doğurur. Vaqiflə bir yerdə xoş olardı. Digər tərəfdən, Cavadovun Hollandiya çempionatında oynamasına ürəkdən şadam.
- Deyilənə görə, Azərbaycan çempionatının səviyyəsi artır. Bu, həqiqətən belədir?
- Bəli. Ancaq istənilən halda, Rusiya Premyer Liqası daha yaxşıdır. Burada xeyli səviyyəli klub var. Futbolçular haqda danışmaq isə lazım gəlmir. Avropada yaxşı səviyyədə olan Rusiya futbolu haqda məlumatları telereportajlardan və qəzetlərdən toplayırdım. Çoxlu komandalarınız - “Rubin”, “Zenit”, “Lokomotiv”, “Spartak”, ÇSKA xoşuma gəlir. Ancaq mən “Anji”ni sevirəm.
- Bakının “İnter” klubunda baş məşqçiniz olan Kaxaber Sxadadze gedişinə necə münasibət göstərdi? Yeri gəlmişkən, o da vaxtilə “Anji”nin futbolçusu olub...
- Sxadadze hesab etdi ki, mən irəliyə doğru addım atıram. Ona görə də sevindi.
- Millinin baş məşqçisi Berti Foqtsla bu mövzuda söhbətləşməyə imkan tapmısınızmı?
- Yox. Ancaq fevralın 20-də mütləq danışacağıq. Həmin vaxt milli komandamızın təlim-məşq toplanışı başlayır.
- “Anji”nin baş məşqçisi Omari Tetradzenin sizi hansı mövqedə gördüyünü artıq bilirsiniz?
- Əlbəttə. Mən adət etdiyim sağ cinah müdafiəçisi mövqeyində oynayacağam.
- Siz əslən Bakıdansınız?
- Yox. Sumqayıtda anadan olmuşam. Orada uşaq məktəbində məşğul olub, sonradan yerli “Xəzər” klubu müqavilə bağlamışam. Ardından yarım illik xaricə yollanıb, “Antalyaspor”da oynamışam. Türkiyədə çətin idi. Bilmirəm niyə, ancaq orada legionerlərə elə də yaxşı baxmırdılar.
- Rusiya millisi ilə oyun karyeranızda ən yaxşıdır?
- Ən yaxşılardan biridir. Bir də Almaniya millisi ilə hər iki oyunumuz qeyd edərdim.
- Sizə qədər “Anji”də azərbaycanlı futbolçuların sayının az olmamağından xəbəriniz var?
- Hətta sələflərimiz adını sadalaya bilərəm: Tərlan Əhmədov, Emin Ağayev, İqor Getman, Arif Əsədov və başqaları. Yeri gəlmişkən, hazırda “Xəzər Lənkəran”da baş məşqçinin köməkçisi olan Əhmədovla tez-tez söhbətləşirəm.
- Ailənizi Mahaçqalaya gətirmək niyyətiniz var?
- Bəli. Bunu çempionat öncəsi edəcəyəm. Mən hələ evli deyiləm. Əvəzində valideynlərimi, qardaşımı, bacımı dəvət edəcəyəm.
- Yaxınlarda evlənmək fikriniz var?
- Əvvəlcə doyunca futbol oynamaq lazımdır. (gülür)
- Yeni komanda yoldaşlarınız sizə mahaçqalalı azarkeşlər haqda hələ danışmayıb?
- Mən “Dinamo” stadionunun tutumu haqda məlumatlar toplamışam. Buradakı xalqın öz komandalarını coşqunluqla dəstəklədiyini biləndə çox sevindim. Axı anşlaq olanda yalnız qələbəyə oynamaq istəyirsən.
Mənbə: “Sport-Ekspress”
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı