Milli komandamızın və “Qarabağ”ın üzvü Rəşad Sadiqovun müsahibəsi
- Rəşad, çətin oyun öncəsi əhvali-ruhiyyə necədir?
- Əhval-ruhiyyə əladır. Hər kəs oyunun məsuliyyətini başa düşür. Əgər ilk “altılıq”da qərarlaşmayan komandaya qarşı oynasaydıq, uşaqlarda müəyyən boşalma ola bilərdi. Lakin bu, elə oyundur ki, hər mənada vacibdir. üstəlik, qələbə növbəti mərhələdə “qızıl xal”a çevriləcək.
- Necə bir oyun gözləyirsən?
- Hazırlığımız öz qaydasında keçib. “Neftçi” ilə “Qarabağ” arasındakı oyunlar həmişə intriqalı olub. Bu dəfə gərgin qarşılaşma olacağını deyə bilərəm. “Neftçi”dən “Qarabağ”a gəldikdən sonra 4-5 dəfə paytaxt klubuna qarşı oynamışam və həmin qarşılaşmaların hamısı gərgin keçib. Təbii ki, nəticənin necə olacağını yalnız Allah bilir. Biz meydançaya ancaq qələbə üçün çıxacağıq. İnanıram ki, elə sonda 3 xalı qazanan tərəf də “Qarabağ” olacaq.
- Oyun öncəsi hansısa narahatçılıq keçirmirsən ki?
- Düzü, “Qarabağ”a transfer olunduqdan sonra ilk dəfə “Neftçi”yə qarşı oynayanda etiraf edim ki, müəyyən narahatçılıq, həyəcan hissləri olmuşdu. Yadımdadır, həmin oyun Suraxanıda keçirmişdim. Ancaq indi belə bir şey yoxdur. Digər oyunlara necə çıxıramsa, “Neftçi”yə qarşı oyuna da eyni hisslə çıxacağam.
- “Neftçi”ni bir rəqib kimi necə xarakterizə edərdin?
- Çox çətin və güclü rəqibdir. “Neftçi”ni xüsusi təqdim etməyə ehtiyac yoxdur. Bu komandaya qarşı oynamaq həmişə çətin olub.
- Qış hazırlıq dönəminə nəzər salsaq görərik ki, sizdən fərqli “Neftçi” xeyli fəallıq nümayiş etdirdi. 4 güclü futbolçunu heyətinə qatdılar və sabah həmin futbolçular böyük ehtimalla meydançaya çıxacaqlar. Siz isə əksinə, yalnız Adamiya və Rəşad Kərimovun keçidini rəsmiləşdirdiniz ki, onların da hazırda ideal formada oduqlarını demək olmaz...
- Elədir, sizinlə razıyam. Transfer məsələsində çox əziyyət çəkdik. Daha doğrusu, menecerlər bizi aldatdılar. Hər halda, mən buna başqa ad verə bilmirəm. Çünki Antalyaya yollanmamışdan öncə onlara tapşırılmışdı ki, filan mövqelərə güclü futbolçular lazımdır. Lakin təəssüf ki, gətirilən oyunçular heç nəyə yaramadı. Təsəvvür edin, Qurban müəllim 7-8 futbolçunu sınaqdan çıxardı, lakin məlum oldu ki, heç biri bizə kömək edəcək səviyyədə futbolçular deyil. Halbuki biz tamam başqa səviyyədə oyunçular gözləyirdik. Yekunda ancaq Adamiya ilə müqavilə bağlandı. Onun da komandamız üçün nə dərəcədə faydalı olub-olmadığını sabah (bu gün) görəcəyik.
- Zədə səbəbindən qarşılaşmanı buraxacağın güman edilir. Hazırda vəziyyət nə yerdədir?
- Bu zədəni Antalyada Rumıniya klubuna qarşı keçirilən yoxlama görüşündə qasıq nahiyəmdən almışdım. Çox ciddi zədə idi və məni çox incitdi. Əvvəl elə bildim qırılma oldu. Lakin həkim müayinəsindən sonra məlum oldu ki, qırılma olmasa da, möhkəm dartılma olub. Bu səbəbdən də son yoxlama matçında cəmi 10-15 dəqiqə meydançada oldum ki, ümumi kollektivə uyğunlaşa bilim. Hazırda isə vəziyyət normaldı. 90% özümü oynamağa hazır hesab edirəm. Seçim isə təbii ki, baş məşqçinin olacaq.
- Necə düşünürsən, Vaqif Cavadovun yoxluğunu bu oyunda hiss edəcəksinizmi?
- Vaqif yaxşı hücumçudur. Yarımmüdafiənin cinahında çıxış etsə də, çox vaxt hücumameyilli oynadığından rəqib üçün əsl başağrısı olurdu. Nə deyə bilərəm? Ola bilsin “Neftçi” ilə oyunda onun yeri görünə. Ola da bilər ki görünməyə. Çünki futbol kollektiv oyundur, bəzən fərdlər heç nəyi həll eləmir.
- “Qarabağ”ın sabiq rəhbərlərindən biri olan Adil Nadirov oyunqabağı açıqlamasında demişdi ki, “Vaqif “Qarabağ”ın döyünən ürəyi deyildi və orada kifayət qədər yaxşı uşaqlar var ki, “Neftçi”yə qarşı həmin uşaqların oyununu görəcəksiniz”. Bu fikrə münasibətin necədir?
- Vaqifin “Tvente”yə keçidində “Qarabağ”ın heyətində yox, millinin heyətində göstərdiyi oyun həlledici rol oynadı. Yəni Cavadov milli komandanın heyətində “Qarabağ”dakından daha yaxşı çıxış edirdi. Amma elə oyunlar olmuşdu ki, həqiqətən kluba da köməyi dəymişdi. Bilirsiniz, bu tip söhbətlərdə futbol mütəxəssislərinin sözləri əsas götürülməlidir. çünki onlar bu sahəni daha yaxşı bildiklərindən doğru olanı deyirlər.
- “Neftçi” ilə oyun öncəsi keçirdiyiniz son yoxlama görüşündə “Standard”a 0:4 hesabı ilə uduzmağınız azarkeşləriniz arasında narahatlıq yaratdı. Bu cür məğlubiyyətə səbəb nə oldu?
- “Standard”la qarşılaşma hazırlığın bir hissəsi idi. Həmin oyundan əvvəl çox ağır məşqlər keçmişdik. Bəzən gündə iki dəfə məşq edirdik. üstəlik, trenajor zalında da olurduq. Bütün bunların nəticəsində futbolçularda böyük yüklənmə var idi. Odur ki, “Standard”la qarşılaşmada hamı ağır nəzərə çarpırdı. Yoxlama görüşü olduğundan nəticəni o qədər də əhəmiyyətli saymazdım. Bir şeyi də deyim ki, rəqib ilk hissədə iki real imkan qazandı və hər ikisini də qola çevirməyi bacardı. Biz isə 3-4 real şans yaxalasaq da, imkanları əldə verdik.
- Oyunun başlanma vaxtı da narazılıq doğurur. Oyun iş günü keçiriləcək. Üstəlik, saat 15:00-da hər kəs işdə, dərsdə olacaq. Arenaya az saylı futbolsevərin gələcəyi qorxusu səni narahat eləmir ki?
- Yəqin ki, əsl fanatlar yenə tribunada olacaqlar. Elədir, oyun çox erkən başlayır. Amma fəsli də nəzərə almaq lazımdır. Qış aylarında oyunları gec başlamaq müəyyən problemlər yaradır. Odur ki, qarşılaşmalar günorta vaxtlarına təyin olunur. Yəqin ki, yayda matçlar yenidən axşam saat 19:00, 20:00-a təyin ediləcək.
- Statistikaya nəzər salsaq görərik ki, “Neftçi” “Qarabağ”a qarşı oyunlarda həmişə çətinlik çəkib. Bu mənada çoxları sabah da bakılıların işinin çətin olacağını düşünərək, üstünlüyü sizə verirlər. Sən özün necə, bu cür statistik rəqəmlərə önəm verirsən?
- Axı, biz statistikanı əlimizə götürüb meydançaya çıxmırıq. Düzdür, elə mənim “Qarabağ”a gəlişimdən sonra “Neftçi”yə qarşı keçirdiyimiz son 4 oyunun 3-də qalib gəlmişik. Amma bu, o demək deyil ki, sabah da mütləq qələbə qazanan tərəf biz olacağıq. Xeyr, belə bir şey yoxdur. Qalib gəlmək istəyirsənsə, buna layiq olduğunu öz oyununla meydançada sübut etməlisən. Statistikanı əlində tutub meydançaya çıxsan məğlub olacaqsan.
- Sonda. “Qarabağ” azarkeşlərinə oyun öncəsi son sözün.
- Mən onların hamısını stadiona dəvət edirəm. çünki bizim “12-ci” oyunçuya çox böyük ehtiyacımız var. Qoy gəlib bizi dəstəkləsinlər. Biz də əlimizdən gələni edəcəyik ki, gözəl oyunumuzla qələbə qazanaq, onları da bu qələbəmizlə sevindirək.
Mənbə: “Çempion-Azərbaycan” qəzeti
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu