“Maliyyə baxımından, “Neftçi”nin heç bir problemi yoxdur. İstənilən futbolçunu istənilən qiymətə transfer edə bilərik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib
O, bildirib ki, “Neftçi” artıq yeni dönəmə başlayıb. Klubun yeni prezidenti Sadıq Sadıqovun əsasən, milli komandalarda çıxış edən futbolçuların transferinə önəm verdiyini deyən Süleymanov qış transfer dövründə əldə etdikləri 4 futbolçudan 3-ü - Cavid Hüseynov, Sergey Alekseyev və Vladimir Voskoboynikovun müvafiq olaraq, Azərbaycan, Moldova və Estoniya yığmalarının futbolçuları olduğunu söyləyib. Klub rəsmisi əvvəllər də “Neftçi”də çıxış etmiş Valeri Abramidzeni isə müdafiənin mərkəzindəki problemi həll etmək üçün aldıqlarını açıqlayıb.
Süleymanov həmin futbolçuları uzun müddət baxışdan keçirdikdən sonra müqavilə bağlamalarına da aydınlıq gətirib: “Açığı, heç bir klubumuzda transfer siyasəti üst səviyyədə deyil. Seleksiya işləri ilə məşğul olanlar demək olar ki, yoxdur. Amma bundan sonra baxışa futbolçu dəvət etmək minimuma enəcək. Almaq istədiyimiz futbolçular oynadıqları ölkə çempionatlarında seleksiyaçılarımız tərəfindən izləniləcək, sonra da onlarla müqavilə bağlanılacaq. Klubumuzun prezidenti bir ay öncə dəyişib. Qış transfer dövründə qısa müddət ərzində hər hansı seleksiya işindən söhbət gedə bilməzdi. Bir çox futbolçular “Neftçi”yə gəlmək istəyirdilər. Lakin oynayıb qazanmaqdansa, yalnız qazanmaq haqda düşündükləri üçün onlardan imtina olundu. Tanımadığımız futbolçuya xalqın pulunu sərf etmək düzgün olmazdı”.
Gələcək haqda iddialı danışan Süleymanov bildirib ki, flaqman ən azı Avropa Liqasının qrup mərhələsinə düşənədək komandanın problemləri aradan qalxmış sayılacaq.
“Neftçi”nin vitse-prezidenti ikiqat Rusiya çempionu “Rubin”ə dəvət alan Araz Abdullayevin hazırda 19 yaşlılardan ibarət yığmamızın tərkibində təlim-məşq toplantısında olduğunu söyləyib. Onun sözlərinə görə, Abdullayevin razılığı olsa, “Rubin”lə danışıqlara başlanılacaq: “Klubumuzun prezidenti Sadıq Sadıqovun mövqeyi belədir ki, futbolçularımıza yaxşı şəraiti olan komandalardan təklif gələrsə, onu dəyərləndirməyə hazırıq. O cümlədən, müdafiəçimiz Ruslan Abışovu adına, səviyyəsinə layiq klub rəsmən istəsə, futbolumuzun gələcəyi naminə bu təklifi dəyərləndirə bilərik. Sözsüz ki, Araz Abdullayevlə bağlı “Rubin”dən aldığımız rəsmi təklifə baxılacaq. Yəqin ki, Abdullayevi yaxın günlərdə Rusiya komandasına baxışa göndərəcəyik. Əlbəttə, özü istəsə”.
Mənbə: lent.az
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi