Cavid Hüseynov: “Mənə “Neftçi”dən də çox pul verənlər var idi”

Cavid Hüseynov: “Mənə “Neftçi”dən də çox pul verənlər var idi”
XƏBƏR 1 Fevral 2010 / 16:53 2422
-  A +

“Neftçi” ilə yanaşı bir neçə digər klubdan da təklif almışdım. Onların arasında hətta “Neftçi” təklif etdiyindən daha çox pul verənlər də var idi. Amma mən məhz “Neftçi”ni seçdim”. Qol.Az-ın məlumatına görə, bu sözləri “ağ-qaralar”ın yeni transferi Cavid Hüseynov deyib. Milli komandamızın da şərəfini qoruyan gənc futbolçu “Neftçi”ni seçməsinin səbəbini belə izah edib: “Neftçi” hər zaman mənim ürəyimdə olub. Bu cür hallarda isə pul heç vaxt birinci yerdə durmur. Mən bu klubu adına görə seçmişəm”.


Son xəbərlər