Əmrah Çəlikəl: «Biz bu futbolçulardan imtina da edə bilərik»

XƏBƏR 1 Fevral 2010 / 15:03 2105
-  A +

«Qarabağ» klubu transfer pəncərəsinin bağlanmasına üç gün qalmış legioner futbolçulardan yalnız gürcüstanlı hücumçu Georgi Adamiya ilə müqavilə bağlayıb. Digər legionerlərlə bağlı qərar isə hələ verilməyib. Bu barədə Qol.Az-a «Qarabağ»ın direktoru Əmrah Çəlikəl bildirib. Onun sözlərinə görə, baxışa çağırılan legionerlərlə bağlı qərarı baş məşqçi Qurban Qurbanov verməlidir: «Onun istəyinə uyğun olaraq, biz yeni futbolçularla müqavilə bağlaya və ya onlardan imtina edə də bilərik».

 


Son xəbərlər