Millimizin baş məşqçisi: "Dördüncü pilləni tutmağı pis nəticə saymıram"

XƏBƏR 31 Yanvar 2010 / 01:10 2146
-  A +

Futzal millimizin Avropa çempionatında üçüncü yer uğrunda Çexiya millisi ilə keçirdiyi matçdan sonra komandamızın baş məşqçisi Joze Alesio da Silva fikirlərini bildirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı mütəxəssis komandamızın qol epizodlarından yararlana bilməməsinə yorğunluğun səbəb olduğunu deyib: « Nəinki üçüncü yeri tutmağa, hətta Avropa çempionatının finalına da yüksəlməyə çox yaxın idik. Amma buraxdığımız səhvlər buna imkan vermədi. Yarımfıinalda uduzmağımız komandaya psixoloji cəhətdən çox pis təsir etdi. Bununla belə, ilk dəfə Avropa çempionatında çıxış edən komandanın dördüncü pilləni tutmasını pis nəticə saymıram».

Son xəbərlər