“Neftçi” “Qarabağ”la oyuna itki ilə çıxacaq

XƏBƏR 29 Yanvar 2010 / 19:50 2295
-  A +

“Həkimlər diaqnoz qoymuşdu ki, 3 həftə sonra rahat oynaya bilərsən. Həmin müddət bir neçə gün sonra başa çatacaq. Təəssüf ki, “Qarabağ”la oyunda komandama kömək edə bilməyəcəm. Hələ ki, özümü oyuna tam hazır hesab etmirəm”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov deyib. Abışov bildirib ki, hələlik komandaya tam qoşulmayıb: “Yüngül topla işləyirəm, fərdi şəkildə qaçıram. İnşallah ən qısa zamanda komandamın sıralarına dönəcəm”. Xatırladaq ki, "Neftçi" - "Qarabağ" matçı fevral ayının 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner