Futbol üzrə dünya və Avropa çempionu Bakıya gəlir

XƏBƏR 29 Yanvar 2010 / 10:32 2518
-  A +

AFFA ilə Almaniya Futbol İttifaqı arasında mövcud olan əməkdaşlıq çərçivəsində, AFFA-nın dəvəti ilə Azərbaycanda qadın futbolunun təbliği məqsədilə almaniyalı futbolçu, dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Renate Linqor Bakıya gələcək. Qol.Az-ın AFFA-nən rəsmi saytına istinadən verdiyi məlumata görə, R.Linqor səfər çərçivəsində – fevralın 1-dən 5-dək qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edəcək, tövsiyələrini verəcək, eləcə də «Məktəblərdə futbol dərsi» layihəsi çərçivəsində keçirilən dərslərlə tanış olacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner