Türkiyə milli komandasını izləmək 12 milyon dollardan başlayır

Türkiyə milli komandasını izləmək 12 milyon dollardan başlayır
XƏBƏR 27 Yanvar 2010 / 18:09 2296
-  A +

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın Avro-2012 və Dünya çempionatı-2014 seçmə mərhələ oyunlarının yayın hüququnu hərraca çıxarmağa hazırlaşır. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “ay-ulduzlular”ın qarşılaşmalarının yayın hüququna sahib çıxmaq istəyənlər minimum 12 milyon dollar ödəməlidirlər. TFF ilkin olara məhz bu məblıği açıqlayıb.
Bu gündən etibarən Türkiyə millisinin qarşıdakı iki seçmə tsiklədəki oyunlarının yayın hüququnu əldə etmək istəyən telekanallar TFF-a müraciət etməyə başlayıblar. Müraciətlər fevralın 3-dək davam edəcək. Hərracın keçirilmə tarixi isə hələlik bəlli deyil. 

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...