“Bir az bəxtimiz gətirdi” – “Viktoriya”nın baş məşqçisi

“Bir az bəxtimiz gətirdi” – “Viktoriya”nın baş məşqçisi
ÖLKƏ FUTBOLU 2 Avqust 2016 / 22:42 12032
-  A +

“Biz bilirdik ki, “Qarabağ” çox güclüdür. Buna uyğun da hazırlaşmışıdıq. Müdafiəmizdə problem olduğu üçün qol buraxdıq. Məqsədimiz qol vurmaq idi. Ancaq qol buraxdıqdan sonra da öz oyunumuzu oynadıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Viktoriya”nın baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la  cavab oyunundan (1:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Nəticəni ədalətli hesab edirsinizmi?

-Məncə, ədalətli nəticə oldu. Çünki ilk oyunda da “Qarabağ” müdafiədə oynadı.

- “Qarabağ” boş qapıdan topu keçirə bilmədi. Bəxtinizin gətirdiyini demək olarmı?

- Qapımıza qol vurulandan sonra biz də hücumu gücləndirdik. Bir az bəxtimizin gətirdiyini demək olar.

- "Qarabağ"dan bu cür oyun, belə azarkeş gözləyirdiniz?

- Stadionda fantastik ab-hava var idi. Bu barədə eşitmişdik. Bu gün də gördük. Çox xoşumuza gəldi. Sevinirik ki, bu cür çətin rəqiblə mübarizədən qalib ayrıldıq. Qonaqpərvərliyinizdən razı qaldıq.

Daha çox


Son xəbərlər