"İnter" Qazaxıstan klubunu böyükhesabla məğlub etdi

XƏBƏR 27 Yanvar 2010 / 16:52 2290
-  A +

Türkiyədə təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu daha bir yoxlama oyunu keçirib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsüm Qazaxıstan Premyer Liqasını 7-ci pillədə başa vurmuş "Ordabasi" ilə qarşılaşan “bankirlər” rəqib qapısından dörd cavabsız top keçiriblər. "İnter"in heyətində Girts Karlsons (2), Angel Qutyerres və Vitaliy Ledenev fərqləniblər. Qeyd edək ki, "İnter" Türkiyə toplanışı çərçivəsində son yoxlama oyununu yanvarın 31-də Ukraynanın "Zakarpatye" klubuna qarşı keçirəcək.

Qarabağ FK
Son xəbərlər
topaz banner