Futzal Federasiyasının prezidenti Zaur Axundovun müsahibəsi
- Əvvəlcə millimizin Avropa çempionatındakı çıxışı barədə fikirlərinizi bildirməyinizi istərdik...
- Millimizin uğurlu çıxışı və qazandığı qələbələr münasibətilə futbol ictimaiyyətini təbrik edir, qarşıdakı oyunlarda da komandamıza uğurlar arzulayıram. Oyunlara gəldikdə, məğlub etdiyimiz rəqiblərimizin heç biri zəif komanda deyildi. Məsələn, qrup mərhələsində 6:1 hesabı ilə məğlub etdiyimiz Çexiya millisi qitə birinciliyinin əsas favoritlərindən hesab edilən İtaliya kimi güclü komandanı mübarizədən kənarlaşdırdı. Təşkilatçılığın isə yüksək səviyyədə olduğunu qeyd edə bilərəm. İstər komandaların məskunlaşması, istər gəlib-getməsi, istərsə də məşq və oyun üçün ayrılmış meydançalarla bağlı hər hansı problem yoxdur.
- Komandamızın çempionata hazırlığı barədə nə deyə bilərsiniz?
- AFFA rəhbərliyi millinin yüksək səviyyədə hazırlaşması üçün hər cür şərait yaratmışdı. Yanvarın 2-dən etibarən oyunların hazırlığına başladıq. Təbii ki, bu diqqət və qayğı komandamızın çıxışında öz sözünü dedi. Yığmanın təlim-məşq toplanışı keçirməsi, futzalçıların daim bir yerdə qalması və əlaqələrinin yaxşı olması oyunumuza müsbət təsir göstərir. Ümudvaram ki, bu proses sona qədər davam edəcək.
- Artıq 3 oyun arxada qalıb. Millimizin oyunlarını necə qiymətləndirirsiniz?
- Təbii ki, oyunlarımızın hamısı çətin keçdi. İlk matçda yerli komanda ilə qarşılaşdıq. Oyunlar Macarıstanda keçirildiyindən, arenada çoxsaylı azarkeşlər komandalarını dəstəkləyirdi. Çexiya ilə oyunda böyükhesablı qələbə qazansaq da, birinci hissədə rəqib güclü müqavimət göstərdi. Ukrayna ilə matça gəldikdə, hesab bərabər olduğu zaman, sona 12 saniyə qalmış qapımıza 10 metrlik cərimə zərbəsi təyin edildi. Təbii ki, bu oyundur və hər cür vəziyyətə hazır olmalısan. Qələbəyə istək, eləcə də peşəkarlıq sonda öz sözünü dedi. İndi yarımfinalda bizi çətin oyun gözləyir.
- Millimizin bazasını “Araz” klubu təşkil edir. Bu komanda da UEFA kubokunda “dördlər finalı”na vəsiqə qazanıb...
- Bəli, yığmamız “Araz”ın oyunçuları əsasında formalaşıb. Bu gün Avropa çempionatında mübarizə aparan və yarımfinala vəsiqə qazanan İspaniya yığmasının əsasını “dördlər finalı”nda çıxış edəcək “İntervyu” təşkil edir. İtaliya millisinin formasını geyinən futzalçıların 90 faizi isə “Luparense”nin üzvləridir. Yəni Avropanın aparıcı ölkələrində yığma komanda bir klubun bazasında formalaşır. Hazırda bütün diqqətimizi millinin çıxışına yönəltmişik. “Dördlər finalı”na təxminən 15 gün qalmış “Araz” təlim-məşq toplanışına yığışacaq.
- Hazırlıq prosesi Bakıda keçiriləcək, yoxsa komanda xarici ölkələrdən birinə səfər edəcək?
- Biz, demək olar, bütün təlim-məşq toplanışılarını Bakıda keçirmişik. Ölkə paytaxtında yüksək hazırlıq keçmək üçün bütün şərait yaradılıb. AFFA rəhbərliyi də komandaya lazım olan köməkliyi göstərir. Buna görə də başqa ölkədə təlim-məşq toplanışı keçirməyə ehtiyac görmürəm. Bakıda sparrinq-rəqiblər də var. “Neftçi İSM”, “Ekol”, “Azmetko” kimi komandalarla qarşılaşa bilərik.
- Azarkeşlərə sözünüz varmı?
- Sabah yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacağıq. Azarkeşlərimiz oyunlarımızı izləyirlər, oyunlardan sonra zəng vurub təbriklərini çatdırırlar. Fürsətdən istifadə edib, bizə dəstək olan hər bir azarkeşə təşəkkürümü bildirirəm. Ümidvaram ki, onlar yarımfinal oyununda da bizi sona qədər dəstəkləyəcəklər.
İndidən yığmanın çıxışı haqqında fikir söyləmək istəmirəm. Yəni komandamızın çıxışını yekunlaşdımaq haqqında düşünmürəm. Təbii ki, uğrulu nəticələrdən biri də budur ki, Avropa çempionatının açılışını biz etmişik, sona qədər də mübarizəni davam etdirəcəyik. Çempionat başa çatdıqdan sonra yığmamızın çıxışına qiymət verəcəyik.
- Həm yığmamızın yarımfinala yüksəlməsini, həm də “Araz”ın “dördlər finalı”na vəsiqə qazanmasını nə dərəcədə böyük uğur sayırsınız?
- Bu, Azərbaycan idmanı üçün böyük bir nailiyyətdir. Ölkəmizdə hər sahədə olduğu kimi, idmanda da irəliyə doğru ciddi addımlar atılır. Ümidvaram ki, bu proses davam edəcək.
Mənbə: affa.az
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı