"Bakıda hücum futbolu oynamalıyıq" – "Viktoriya"nın baş məşqçisi

"Bakıda hücum futbolu oynamalıyıq" – "Viktoriya"nın baş məşqçisi
ÖLKƏ FUTBOLU 30 İyul 2016 / 14:11 7208
-  A +

"Qarabağ"la cavab matçına ciddi hazırlaşırıq. Rəqibi qiymətləndirməməkdən çəkinməliyik. Futbolçuların cavab matçına da ilk görüşdəki kimi yanaşmalarını istəyirəm. Ancaq bu dəfə qol imkanlarından maksimum yararlanmağa çalışacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Viktoriya"nın baş məşqçisi Roman Pivarnik klubun rəsmi saytına açıqlamasında deyib.

Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında qarşılaşacaqları "Qarabağ"la görüşdə hücum futbolu oynayacaqlarını bildirib:

"Bakıdakı cavab matçında hücum futbolu oynamalıyıq və rəqibi düzgün qiymətləndirməliyik. Oyunlar arasındakı fasilə kifayətdir. Dörd gün sonra bütün futbolçular hazır olacaq. Heyətdə ciddi dəyişikliyin olacağı gözlənilmir".

Qeyd edək ki, avqustun 2-də keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunu saat 20:30-da başlayacaq. Bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb.

Daha çox


Son xəbərlər