"Mançester Siti"də braziliyalı hücumçu

"Mançester Siti"də braziliyalı hücumçu
DÜNYA FUTBOLU 29 İyul 2016 / 15:29 8661
-  A +

Braziliyanın "Palmeyras" klubunun futbolçusu Qabriel Jesus yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Qol.az-ın "Fox Sports"a istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu "Mançester Siti"nin şərəfini qoruyacaq.

Bu transfer üçün İngiltərə təmsilçisi "Palmeyras"a 32 milyon avro ödəyəcək. Yaxın günlərdə transferin rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 19 yaşlı hücumçu "Palmeyras"da keçirdiyi 32 oyunda 14 qol vurub.

Qarabağ FK
Son xəbərlər
topaz banner