"Lester" 5 futbolçusu ilə müqavilə yeniləyir

"Lester" 5 futbolçusu ilə müqavilə yeniləyir
DÜNYA FUTBOLU 26 İyul 2016 / 18:27 5356
-  A +

İngiltərə Premyer Liqasının son qalibi "Lester" ötən mövsümkü heyətini qorumağı planlaşdırır.

Qol.az-ın "The Mirror"a istinadən verdiyi məlumata görə, klub rəhbərliyi artıq 5 futbolçu ilə müqavilə yeniləməyə hazırdır.

Bunlar qapıçı Kasper Şmeyxel, müdafiəçi Denni Simpson, yarımmüdafiəçilər Denni Drinkuoter, Ceffri Şluppe və Riyad Mahrezdir. Adı çəkilən 5 futbolçuya da yaxın günlərdə yeni müqavilə təklif olunacaq. Lakin onlardan kimin komandada qalıb-qalmayacağına qarşıdakı günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Klaudio Ranyerinin rəhbərlik etdiyi "Lester" ötən mövsüm tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner