Qar “Bakı”nın planlarına təsir etmədi (FOTO)

XƏBƏR 26 Yanvar 2010 / 16:15 2307
-  A +

Azərbaycan çempionatının XVIII turu çərçivəsində “Turan”la oyuna hazırlaşan “Bakı” məşqlərini davam etdirir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, komanda bu gün yeganə məşqini Biləcəri qəsəbəsindəki təlim-tədris mərkəzində keçirib. Müdafiəçi Aleksey Savinov zədəsini sağaldıb. Amma o, hələlik Rəfael Əmirbəyov kimi fərdi proqramla çalışır.
Əhməd Ticaninin durumu fərqlidir. Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışında çiynindən zədə alaraq əməliyyat olunmuş nigeriyalı legioner yaşıl meydana 2 aydan sonra dönəcək.
Xatırladaq ki, Premyer Liqanın XVIII turu çərçivəsində “Bakı” - “Turan” matçı fevralın 2-də, saat 14.00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...