Dünya çempionatında 40 komanda

Dünya çempionatında 40 komanda
DÜNYA FUTBOLU 25 İyul 2016 / 22:35 12359
-  A +

2026-cı ildə keçiriləcək dünya çempionatı 40 milli komanda ilə təşkil olunacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib:

"2026-cı ildə keçiriləcək dünya çempionatında 40 milli komanda iştirak edəcək. Bununla da Afrika və digər ölkələr jest etmiş olacağıq".

C.İnfantino qeyd edib ki, artacaq olacaq  səkkiz millinin ikisi Afrika ölkələrindən olmalıdır:

"Bu mənim təklifimdir. Ancaq mən diktator deyiləm. Bununla bağlı digər şəxslərlə danışacam".

Qeyd edək ki, C.İnfantino bundan əvvəl DÇ-2026-nın 40 milli komanda ilə təşkil oluna biləcəyini söyləmişdi.

Xatırladaq ki, dünya çempionatının final mərhələsinin mövcüd formatına əsasən, yarışda 32 milli komanda mübarizə aparır.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner