"Borussiya"dan yalnız "Real"a görə gedərəm"

"Borussiya"dan yalnız "Real"a görə gedərəm"
DÜNYA FUTBOLU 25 İyul 2016 / 17:14 10295
-  A +

"Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın ZDF-ə istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu yalnız "Real" üçün Dortmund təmsilçisinindən ayrıla biləcəyini deyib:

"Altetiko"nun mənimlə maraqlanması xəbəri yanlış idi. Yaxşı ki, bu xəbər tezliklə unuduldu. Mən yalnız "Real"a görə "Borussiya"dan ayrılaram. Ancaq hazırda belə bir şey yoxdur".

Qeyd edək ki, 2013-cü ildən "Borussiya"da çıxış edən Obameyanq keçirdiyi 94 oyunda 55 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner