Budaq Nəsirov: "Sportinq"ə kömək etmək istəyirəm"

Budaq Nəsirov: "Sportinq"ə kömək etmək istəyirəm"
ÖLKƏ FUTBOLU 25 İyul 2016 / 16:45 12253
-  A +

"Burada olduğum üçün çox xoşbəxtəm. Komandama kömək etmək istəyirəm. "Sportinq"in məni seçməsi faktını və bura gəlmək üçün mənə dəstək olmalarını yüksək qiymətləndirirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sportinq"in yeni transferi Budaq Nəsirov klubun rəsmi saytına açıqlamasında deyib.

Portuqaliya təmsilçisinin əvəzedici komandasında oynayacaq millimizin üzvü yeni komandası haqda bunları bildirib: "Menecerim bir neçə variantı nəzərdən keçirirdi. "Sportinq" variantını öyrəndikdə sevincimin həddi-hüdudu yox idi. Çünki "Sportinq" Avropanın ən yaxşı klublarından biridir".

Portuqalca danışa bilmədiyini deyən Nəsirov tezliklə bu dili öyrənəcəyini vurğulayıb: "Hələ portuqalca danışa bilmirəm. Ancaq söz verirəm ki, tezliklə bu dili öyrənməyə çalışacam. Meydana çıxdığımda oyun keyfiyyətlərimi göstərmək istəyirəm. Məni tanımayan insanlar stadiona gələrək mənim necə çalışdığımı görə bilərlər. Zəmanət verə bilərəm ki, meydanda əlimdən gələnin ən yaxşısını edəcəm. Bu, həm məşqlərə, həm yoldaşlıq görüşlərinə, həm də rəsmi oyunlara aiddir. Çünki indiyə kimi bütün turnirlərdə ürəyimi qoymuşam".

Qeyd edək ki, müqavilə ilə "Sumqayıt"a məxsus olan Nəsirov ötən mövsümü icarə əsasında "Kəpəz"də keçirib. 21 yaşlı futbolçu "Sportinq"lə 5 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər