"Lester"in futbolçusu "Arsenal"a doğru

"Lester"in futbolçusu "Arsenal"a doğru
DÜNYA FUTBOLU 24 İyul 2016 / 00:01 8926
-  A +

"Lester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez yeni mövsümdən "Arsenal"da oynaya bilər.

Qol.az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçunun London təmsilçisində oynamaq istədiyi bildirilir.

"Topçular"ın tezliklə əlcəzairli futbolçu ilə danışıqlara başlayacağı gözlənilir. Mahrez ötən gün "Lans" və "Arsenal" arasında keçirilən yoxlama görüşünü (1:1) də stadiondan canlı izləyib. Tərəflər arasında razılıq əldə olunsa, Mahrez yeni mövsümdən "Arsenal"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Əlcəzair millisinin üzvü ötən mövsüm "Lester"lə İngiltərə Premyer Liqasının qalibi olub.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner